Bu gün “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” matçın hazırlıqlarını başa vurub.
Korner.az-ın məlumatına görə, Mustafa Dənizlinin yetirmələri dünən günün ikinci yarısında son məşqə çıxıb.
Hazırlıq prosesi Lənkəran şəhər stadionunun ehtiyat meydançasında baş tutub. Zədəli Adrian Pit məşqə qatılmayıb. Tural Cəlilov isə yüngül qaçışla kifayətlənib. Hər iki futbolçu “Qəbələ” matçını buraxacaq.