big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər Lənkəran” və “Neftçi”ni üz-üzə qoyanlar

17.08.2012 , 08:41

Azərbaycan milli komandasının və "Xəzər Lənkəran"ın futbolçusu Branimir Subaşiç son aylarda göstərdiyi performansla göz oxşayır. Milliləşdirilən serb əsilli futbolçu istər çıxış etdiyi klubu "Xəzər Lənkəran"da istərsə də, milli komandada inamlı oyunu ilə diqqət mərkəzinə düşüb.

Subaşiç qolla qayıtdı

Ötən mövsümkü çıxışı ilə azarkeşlərin rəğbətini qazana bilməyən Subaşiç "Xəzər Lənkəran"da yay transfer dönəmində gedəcək futbolçuların sırasında göstərilirdi. Lakin Yunis Hüseynovun inadkarlığı və Subaşiçə olan güvəni özünü doğruldur. Branimir "Xəzər Lənkəran"ın heyətində çıxdığı 4 avrokubok matçında 3 dəfə fərqlənərək azarkeşlərə sevinc bəxş edib.  Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Estoniyanın "Nomme Kalyu" klubu ilə matçlarda – həm Lənkəranda baş tutan oyunda (2:2), həm də Tallindəki cavab oyununda (2:0) fərqlənməyi bacarıb. 

Bundan sonra Polşa "Lex"i ilə Lənkəranda baş tutan qarşılaşmada fərqlənən Subaşiç bu ənənəni Poznanda davam etdirə bilməyib (0:0). Lakin hücumçu Premyer Liqanın geridə qalan iki turu ərzində bir dəfə rəqib qapısını məyus etməyi bacarıb. "Rəvan"la ilk turda (1:1) Subaşiç komandasının qol ümidi olduğunu bir daha isbatlamış oldu. 

Daha bir maraqlı məqam isə Subaşiçin bu uğurlu seriyasının yığmada da davam etməsidi. O, bir neçə gün bundan öncə Bəhreynlə oyunda millimizin ilk qoluna imza atan futbolçu oldu. 

Ümumilikdə isə Subaşiç meydana çıxdığı 7 matçda rəqib qapıçıları 4 dəfə məyus edib.

Subaşiçin rəqibi sabiq komanda yoldaşıdı

Subaşiçin bu göstəricilərinə Julias Vobay öz damğasını vurmaq istəyir. Belə ki, syerra-leoneli  futbolçu "Neftçi"nin Çempionlar Liqasındakı 4 matçının 3-də fərqlənib. Gürcüstan "Zestafoni"si ilə hər iki, İsrail "Hapoeli" ilə cavab matçında qol vuran Vobay Subaşiçin avrokubok göstəricilərinə şərik çıxıb. "Neftçi"nin "Xəzər Lənkəran"dan transfer etdiyi yarımmüdafiəçi sadəcə Premyer Liqanın ikinci turu çərçivəsində "Qarabağ"la oyunda (0:1) fərqlənə bilməməsiylə Subaşiçdən bir addım geri qalır.

Sonda maraq üçün qeyd edim ki, Subaçin "Neftçi"də, Vobay isə "Xəzər Lənkəranda çıxış edib və hər iki futbolçu hal-hazırda əks düşərgələrdə bir-birinə rəqibdilər.

Səxavət QURBANOV

Son yazılar

To Top