Təlim-məşq toplantısını Antalyada davam etdirən "Xəzər Lənkəran" bu gün ikinci yoxlama görüşünə çıxıb.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar" Ukraynanın “Krivbass” klubu ilə üz-üzə gəlib.
Karles Bakesin rəhbərlik etdiyi komanda ukraynalılara heç bir müqavimət göstərə bilməyib və böyükhesablı məğlubiyyətə uğrayıb – 0:6.
Xatırladaq ki, ilk oyunda “Xəzər Lənkəran” Qazaxıstanın “Jetısu” klubu ilə bərabərə qalmışdı: 1:1