AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Qurban Qurbanov I Divizionun qalibi “Xəzər” klubunun Topaz Premyer Liqasına buraxılmasına mane olan səbəbi açıqlayıb.
Qurbanov klubun bank təminatının olmadığını bildiri: “Bu klubun “bank təminatı” yoxdur. Bu, yoxdursa, artıq nəsə demək olmur. Lisenziyalaşdırma tələblərinə əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır”.
Qeyd edək ki, yalnız “Sabah” lazım olan sənədləri tam şəkildə təqdim edib. AFFA Lisenziyalaşdırma Qrupu sabah yekun qərarı açıqlayacaq. “Sabah” elitaya buraxılsa, “Kəpəz” I Diviziona göndəriləcək.
