"Son iki oyundan sonra futbolçuların əhval-ruhiyyəsi çox yaxşıdır. Hazırda bütün komanda var gücüylə qarşıdakı "Xəzər Lənkaran"la oyuna hazırlaşır və bütün diqqəti bu qarşılaşmaya yönəldib".
Korner.az-ın məlumatına görə bu sözləri "Simurq"un bosniyalı müdafiəçisi Dilavər Zrnanoviç "Xəzər Lənkəran"la oyun öncəsi klubun rəsmi saytına açıqlamasında deyib.
Bosniyalı futbolçus azarkeşləri onlara dəstək olmağa çağırıb:
"Azərkeş köməkliyi ilə bu matçda da rəqibi məğlub etmək istəyirik. Bunun üçün bizə tam doldurulmuş tribunaların dəstəyi lazımdır. Bu oyunda zaqatalalı azərkeşlər bizim 12-ci oyunçumuz olacaq".
