"Oyuna tam hazır deyiləm. Hələ 3 gündür komandayla məşq edirəm. Komandada yeni oyunçular var ki, bu da rəqabəti artırır. Mənim gec-gec meydana çıxmağıma zədə səbəb oldu. İndi hər şey yaxşıdır. Formamı bərpa edib,şansımı gözləyəcəm. Verilən şansdan maksimum istifadə edib, əsas heyətdə yerimi qoruyacam".
Bu sözləri Korner.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Rövşən Əmiraslanov deyib.
Premyer Liqanın 21-ci turu çərçivəsində öz meydanında "Xəzər Lənkəran"la qarşılaşacaq "Qəbələ"nin yarımmüdafiəçisi bu oyunun vacibliyini anladıqlarını bildirib:
"Altılıq" şansları isə öz əlimizdədir. Bu oyundan çox şey asılıdır. Bu oyunun 3 xalı bizi "altılığ"ın bir addımlığına gətirəcək. Biz bunu çox gözəl başa düşürük. Gözəl oyunla üç xalı qazanmaq istəyirik".