“Lənkərana üç xal qazanmaq üçün gəlmişdik. Ancaq bərabərlik qeydə alındı".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov "Xəzər Lənkəran"la oyundan (1:1) sonra deyib.
Çalışdırıcı iki xal itirdiklərini bildirib:
"Biz iki xal itirdik. 77 dəqiqə öndə olduq. "Xəzər Lənkəran" kimi komanda ilə bu qədər uzun vaxt öndə olmaq da uğur hesab oluna bilər. Penaltidən qol buraxdıq. Gələcək oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq"
