Qəbələ səfərindən qayıtdıqdan sonra vaxt azlığına görə istirahət edə bilməyən “Kəpəz” dünəndən qarşıdakı turda qarşılaşacağı “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayıb.
Korner.az-ın məlumatına görə, məşq prosesi səhər saatlarında baş tutub.
Bu gündən başlayaraq isə “Kəpəz” hər gün saat 14:30-da məşqə çıxacaq. Komanda hazırlıq prosesini Gəncə şəhər stadionunun əsas meydançasında keçirir.
Qeyd edək ki, “Kəpəz” – “Xəzər Lənkəran” oyunu noyabrın 24-də baş tutacaq. Gəncədəki qarşılaşma saat 14:00-da başlayacaq.
