"Mahmud Qurbanov "Kəpəz"in baş məşqçisi təyin olunduqdan sonra bu komandada irəliləyiş hiss olunur".
Korner.az-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Georgi Çıxradze deyib.
Gürcü çalışdırıcı "Kəpəz" üzərindəki qələbəyə (2:1) belə şərh verib:
"Bu qarşılaşmanın çətin keçəcəyini bilirdik. "Xəzər Lənkəran" ilə keçən gərgin oyundan sonra futbolçularımda yorğunluq hiss olunurdu. Standart vəziyyətdən qapımızda qol gördük. Ancaq komandam özünü tez ələ aldı və qələbə qazana bildik. Bu qələbəni azarkeşlərimizə ərmağan edirik. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram".
