“Mən gözləmirdim ki, “Xəzər Lənkəran” zəif oynasın. “Xəzər Lənkəran” öz meydançasında həmişə güclü çıxış edib. Biz Lənkəranda iki oyuna çıxmışıq. Hər iki qələbəni çox güc sərf etmək hesabına qazanmışıq”.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Xəzər Lənkəran”la oyundan (1:0) sonra deyib.
Ukraynalı mütəxəssis komandasının bir müddət “qara zolaq”da olması xatırladıb: Cənub komandasının heyətində çox sürətli oyunçular var. Bütün bunlara baxmayaraq, əsas məsələ qələbə qazanmaq idi, bunu da bacardıq. Biz bir müddətdir ki, qələbə qazana bilmirdik və bu müəyyən narahatlıq yaradırdı. Sevindirici haldır ki, 3 xal əldə etdik”.
