Premyer Liqanın XXXI turunda “Qəbələ”ni qəbul edəcək “Xəzər Lənkəran” bu gün hazırlığa start verib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda iki günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.
Son səfər matçında zədələnən futbolçular- Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında fərdi məqşlərə artıq başlayıblar. Hər iki futbolçunun matçda iştirakı oyun günü bəlli olacaq.
