Bu gün Makedoniya millisi səfərdə Norveçlə yoxlama görüşündə qüvvəsini sınayıb.
Korner.az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın yeni transferi Nikola Gligorovun əsas heyətdə meydana çıxdığı qarşılaşmada meydan sahibləri qələbəni bayram ediblər – 2:0.
Qarşılaşmanın 6-cı dəqiqəsində Skyelberdlə hesabı açan Norveç ikinci yarının 79-cü dəqiqəsində Brateenlə fərqi artırıb.
Makedoniya millisi qarşılaşmanın 60-cı dəqiqəsində Grncarovun meydandan qovulması ilə 10 nəfər qalıb.
Qeyd edək ki, Cənub klubunun yeni transferi ilk dəqiqələrdən meydanda olub və o, oyunu əvəzlənmədən keçirib.