Sabah İsveçlə səfərdə qarşılaşacaq Makedoniya milli komandası artıq Malmödə son məşqini keçirib.
Korner.az-ın məlumatına görə, yoxlama görüşündən öncə “Xəzər Lənkəran”la yenicə müqavilə bağlayan Nikolo Gligorov ölkəsinin mətbuatına oyun öncəsi açıqlama verib.
“ekipa.mk” saytına açıqlamasında Gligorov bunları deyib:
“İsveç millisi çox güclü heyətə malikdi. Rəqibə hörmət edirik. Malmödə bizim üçün çətin oyun olacaq. Ancaq bura məğlub olmağa gələməmişik. Komandamızın heyətində itkilər var. Lakin ümid edirik ki, yeni futbolçularımız komandaya tez bir zamanda uyğunlaşa bilərlər. Düzdü buna bir qədər zaman lazımdı. Lakin onlar özlərini ən yaxşı tərədən göstərməlidilər”.