Korner.az-ın xəbəri təsdiqləndi
“Xəzər Lənkəran”ın yeni baş məşqçisinin kimliyi məlum olub. Öncədən də,dediyimiz ki, Cənub klubunun sükanı arxasına ispan baş məşqçi Karles Martorell Bakyesi keçib.
Bu barədə Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.
Klub rəsmisi yeni çalışdırıcı ilə ən azı 2 illik müqavilə bağlanmasının nəzərdə tutulduğunu da, bildirib.
Xatırladaq ki, "Xəzər Lənkəran"ın yeni baş məşqçinin kimliyi haqda ilk məlumatı biz vermişdik
