“Komandamın oyunu xoşuma gəldi. İlk dəqiqələrdən oyunu ələ almağa çalışdıq, 11 metrlik cərimə zərbəsi qazandıq, qol vurduq və oyunun sonuna kimi hesabı qoruya bildik".
Korner.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Bakes "Kəpəz" üzərində qələbəni şərh edərkən deyib.
İspan çalışdırıcı azarkeşlərə təşəkkür etməyi də, unutmayıb:
"Komandam oynamaq və əzmkarlıq göstərmək istəyirdi. “Xəzər Lənkəran” azarkeşlərini və komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
