Karles Bakesin istefasından sonra baş məşqçisiz qalan "Xəzər Lənkəran" yaya kimi yeni bir çalışdırıcı ilə müqavilə imzalayacaq.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, yeni baş məşqçi yerli olmayacaq.
Mətbuatda Cənub klubu ilə adı hallanan Andrey Kançelskisin "ağ-yaşıllar"ın baş məşqçi postuna gətiriləcəyi isə real deyil. Əldə etdiyimiz məlumata görə, siyahıda hələ konkret ad yoxdu. Klub diqqətləri ölkə kubokuna və Premyer Liqanın "Sumqayıt"la oyununa yönəldib. Məhz bu oyunlardan sonra yeni baş məşqçi ilə bağlı qərar verilə bilər.