2 legioneri birdən heyətinə qatmaq istəyən "Xəzər lənkəran"ın bu istəyi baş tutmayıb.
Korner.az-ın məlumatına görə, Gürcüstan millisinin futbolçusu David Siradze təklif olunduğu Lənkərana klubuna gələsi olmayıb. Təcrübəli hücumçu uzun müddətdir oynadığı “Spartak”da (Nalçik) qalıb, müqaviləsini uzatmağa qərar verib.
Cənublular hücum xəttinə gətirmək istədiyi digər legioner isə braziliyalı Marsinyo olub. O, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış edən APOEL-in hücumçudur.
2010-cu ildən Kipr təmsilçisində çıxış edən, 58 oyuna 9 qol vuran 31 yaşlı braziliyalı yeni ölkədə oynamağa qərar verib. Belə ki, Marsinyo Bolqarıstanın ən titullu klublarından olan “Levski” ilə dünən 1 illik müqavilə imzalayıb.
