“Xəzər Lənkəran”a keçidi gündəmdə olan ispaniyalı qapıçı Toni Doblas vətənində məşhur “Marka” qəzetinə açıqlama verib.
Korner.az-ın məlumatına görə, "Saraqoza"nın sabiq qolkiperi Cənub klubunun baş məşqçisinin həmyerlisi olmağı seçimində böyük rol oynayıb:
“Saraqosa”dan vəziyyət pis olduğuna görə getməli oldum. Az oynamağım məni razı salmırdı. Nə qədər işləsəm də, mənə qarşı münasibət dəyişmirdi. Mən də buna daha dözə bilmirdim. Mənə “Xəzər Lənkəran”dan bir neçə həftə əvvəl təklif gəldi.
Fikrimcə, artıq İspaniyadan kənarda oynayıb, yeni həyata başlamağın vaxtıdır. Üstəlik, bu komandanın baş məşqçisi ispaniyalı Karles Bakesdir. O, mənə inanır”.
Qeyd edək ki, cənublular bu gün düşərgəyə gələn Doblasla müqaviləni razılaşdırıb.