İngiltərənin "Arsenal" klubunun futbolçusu Andrey Arşavin Londonda sərxoş halda yaxalanıb.
Korner.az-ın məlumatına görə, "Xəzər Lənkəran"a transfer olunacağı gözlənilən rusiyalı futbolçu əyləncə məkanlarının birində içkili vəziyyətdə kameralara düşüb.
Xatırladaq ki, İngiltərə və Rusiya mətbuatı Arşavinin yayda "Xəzər Lənkəran"a keçəcəyi ilə bağlı xəbərlər yayıb.
