Transfer çalışmalarına indidən start verən “Xəzər Lənkəran” “Simurq”dan Rəşad Eyubovu heyətinə qatmağı planlaşdırır.
Korner.az-ın əldə etdiyi özəl məlumata görə, Cənub komandası maliyyə problemləri səbəbindən dağılmaq təhlükəsi ilə üz-üzə qalan əyalət klubunda bu mövsüm uğurlu çıxış edən Rəşadı heyətinə qatmaqda maraqlıdı.
“Ağ-yaşıllar” “Simurq” tərəfi ilə danışıqlar aparır. Futbolçunun özü də bu keçidin əleyhinə deyil. Yaxın zamanlarda bu transferin reallaşması gözlənilir.
