“Xəzər Lənkəran” klubu Azərbaycan futboluna bəxş etdiyi səviyyəli legionerlər futbolçuları ilə ölkə futbolunda daim lider olmuşdur. Beləki, Oktay Dələloğlu, Əhməd Dursun, İvan Tsvetkov, Uinston Parks kimi ulduzları, həmçinin Robert İlyeş , Dəniz Kolqu, Fatih Sonkaya , Nikolau Radukanu , Mario Souza, Mario Rosas, Vobay Julius, Adrian Skarlatake, Adrian Pit və s. kimi səviyyəli legionerləri ölkəyə gətirən “Xəzər Lənkəran” Azərbaycan futboluna maraq və gözəlik qata bilmişdir. Elə 2012/13 mövsümündə də “Ağ-yaşıl” klub bu mənada seçilə bilər. Beləki, “Palmali”nin İstambul ofisinə yaxın olan mötəbər mənbənin verdiyi məlumata görə qarşıdakı yay transferi üçün “Xəzər Lənkəran“ klubunun sahibi Mübariz Mənsimov transfer xərclərini artırmaq fikrindədir. Məlum 6-xal məsələsində AFFA-nın qərəzli mövqeyindən hiddlətnən klub sahibinin Azərbaycana bir müddət əvvəlki səfəri və səfər zamanı burada görüb eşitdiklərindən dəhşətə gəlməsinin buna səbəb olduğu iddia edilir. Azərbaycan futboluna kənardan külli miqdarda yatırım edən Mənsimov yay transfer xərclərini ikiqat artıraraq bu addımı ilə futbol qurumlarına və rəhbərlərinə özünəməxsus şəkildə cavab vermək niyyətidədir. Məlum olduğu kimi “Xəzər Lənkəran” komandası mayın 29-da Bakıda bir araya gələrək iyun ayının ilk günlərində təlim-məşq toplantısı keçmək üçün Avstriyaya yollanacaq. “Palmali”nin baş ofisinə yaxın olan mənbənin bildirdiyinə görə klub sahibinin əlavə xərcləri hesabına bir başa müqaviləyə gələcək səviyyəli legionerlər də Avtsriya toplantısı zamanı komandanmızın düşərgəsinə qatılacaqlar. Həmin futbolçuların hansı ölkələrdən olduqları isə gizli saxlanılır.
12cioyuncu.info