“Xəzər Lənkəran” cari mövsümdə ilk dəfə rəqib komandanın futbolçusunun avtoqoluna sevinib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XVI turunda komandaya 1 xal gətirən bərabərlik qolunu “Simurq”un üzvü Aleksandr Şemonayev vurub.
Avtoqol müəllifi olan zaqatalalı futbolçu “Xəzər Lənkəran”ın tarixinə 7-ci belə oyunçu kimi düşüb. Belə ki, ona qədər 6 dəfə “Xəzər Lənkəran”ın rəqibləri avtoqol etmişdi. 8 yaşlı komanda 5 dəfə çempionat, 2 dəfə kubokda belə halla üzləşib. 2007/08 və 2011/12 mövsümlərində hərəsində 2, 2006/07 və 2009/10 mövsümlərində isə indiki kimi 1 avtoqola təsadüf olunub.
Lakin ilk dəfədir ki, avtoqol olan oyunda “Xəzər Lənkəran” qalib gəlməyib. Əvvəlki 6 matçda komanda qələbə qazanmışdı. Lakin bu dəfə həmin qol heç-heçənin qeydə alınmasında həlledici rol oynayıb.
“Xəzər Lənkəran”ın rəqiblərinin avtoqolları
2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final
02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3
Anar Məmmədəliyev, 90+2-öz qapısına
2007/08 mövsümü Azərbaycan çempionatı
23.02.2008 Xəzər Lənkəran – Masallı – 4:1
Vaja Lomaşvili, 81-öz qapısına
2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final
09.04.2008 Qəbələ – Xəzər Lənkəran – 1:3
İrakli Vaşakidze, 15-öz qapısına
2009/10 mövsümü Azərbaycan çempionatı
10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1
Abdulkadir Kamara, 63-öz qapısına
2011/12 mövsümü Azərbaycan çempionatı
10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0
Ruslan Abışov, 41-öz qapısına
2011/12 mövsümü Azərbaycan çempionatı
07.03.2012 Turan – Xəzər Lənkəran – 0:1
Ayxan Abbasov, 3-öz qapısına
2012/13 mövsümü Azərbaycan çempionatı
10.12.2012 Simurq – Xəzər Lənkəran – 2:2
Aleksandr Şemonayev, 90+4-öz qapısına.
