Topaz Premyer Liqasının XXII turunun “Sumqayıt”la ev oyunu “Xəzər Lənkəran”ın xorvatiyalı futbolçusu Roberto Alvizin dublu ilə əlamətdar olub.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, cənub klubunun 9 illik tarixində 66-cı dəfə futbolçusu 1 oyunda 2 qol vurub. Lakin təsnifat mərhələsinin son turundakı bu dubl əvvəlkilərdən fərqlənib.
Belə ki, lənkəranlıların tarixində ilk dəfə 1 futbolçu eyni matçda vurduğu hər 2 qolu penalti zərbəsindən gerçəkləşdirib. “Xəzər Lənkəran”da indiyədək penaltilərlə dubl edən futbolçu olmamışdı. Alviz buna nail olan ilk oyunçu kimi tarixə düşüb.
Cari mövsümdə çempionatda yerinə yetirdiyi 11 metrlik zərbələrin sayını 3-ə çatdıran legioner hər 3 halda dəqiq olub. O, klub tarixində 1 çempionata 3 və daha çox penalti vuran 4-cü oyunçudur. Çempionluğun qazanıldığı 2006/07 mövsümündə Zaur Ramazanov 6, 2004/05 mövsümündə türkiyəli Oqtay Dərəlioğlu 4, 2009/10 mövsümündə isə bolqar İvan Svetkov 3 penalti vurmuşdu. Onların hamısı Alviz kimi 100 faizlik dəqiqlik nümayiş etdirib.
Ümumilikdə isə “Xəzər Lənkəran”da 15 futbolçu üst-üstə 36 penalti zərbəsi vurub. Bu zərbələrdən 32-si dəqiq, 4-ü qeyri-dəqiq olub: Zaur Ramazanov – 8 (1 qeyri-dəqiq), İvan Svetkov – 5, Branimir Subaşiç, Oqtay Dərəlioğlu – hərəsi 4, Roberto Alviz – 3, Samir Əliyev – 2, Mario Souza – 2 (1 qeyri-dəqiq), Mahmud Qurbanov, Vyaçeslav Lıçkin, Julius Vobay, Yakuba Bamba, Bəxtiyar Musayev, Katalin Lita – hərəsi 1, Miroslav Saviç, Allan Lalin – 1 (1 qeyri-dəqiq).
Alviz “Xəzər Lənkəran”ın cari mövsümdəki 5-ci dublunun müəllifi olub. Ona qədər Manuel Skarlatake və Dimitrios Sialmas hərəyə 2 dəfə bunu bacarmışdı. Ümumilikdə ilk dəfə dubl müəllifi olan Alviz klub tarixində bunu bacaran 35-ci futbolçu olub: Zaur Ramazanov – 8 (6-sı çempionatda, 2-si kubokda), Vüqar Nadirov – 5 (1-i çempionatda, 4-ü kubokda), Samir Əliyev – 4 (3-ü çempionatda, 1-i kubokda), Allan Lalin, Edmand Ntiamoa – hər ikisi 3 (3-ü çempionatda), İvan Svetkov – 3 (2-si çempionatda, 1-i kubokda), Rahid Əmirquliyev – 3 (2-si çempionatda, 1-i Birlik kubokunda), Emin Quliyev, Oqtay Dərəlioğlu, Romulo Silvano, Dimitrios Sialmas, Manuel Skarlatake – hamısı 2 (2-si çempionatda), Ceyhun Sultanov, Rəşad Abdullayev – hər ikisi 2(1-i çempionatda, 1-i kubokda), Klaudianu Radukanu – 2 (2-si kubokda), Mario Souza – 2 (1-i çempionatda, 1-i Birlik kubokunda), Alim Qurbanov, Bəxtiyar Musayev, Branimir Subaşiç, Elvin Beqiri, Eder Bonfim, Emeka Opara, Əhməd Dursun, Xaqani Məmmədov, Paşa Əliyev, Uinston Parks, Yakuba Bamba, Roberto Alviz – hərəsi 1 (çempionatda), İlqar Qurbanov, Junior Osvaldo, Katalin Doman, Mahmud Qurbanov, Marinko Petkoviç, Robert İlyeş – 1 (kubokda), Nadir Nəbiyev – 1 (Birlik kubokunda).