Topaz Premyer Liqasının XI turundakı “Sumqayıt”la oyun daha bir futbolçunun “Xəzər Lənkəran”da qol hesabını açması ilə əlamətdar olub. Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib qapısına yol tapan Kazım Kazımlı komandanın heyətində ilk qolunu vurub.
Hələ 3 il əvvəl “ağ-yaşıl” formada debüt etməklə klub tarixinə ən gənc oyunçu kimi düşən Kazım ilk qolunu Sumqayıtda rəqib qapısından keçirib. 19 yaşlı futbolçu özünün komandadakı 5-ci matçında fərqlənib.
Bununla da o, klub tarixində fərqlənən 76-cı oyunçu olub. Kazımlı “Xəzər Lənkəran”da qol sevinci yaşayan 28-ci yerli futbolçudur ki, digər 48 legioner qolçu 20 ölkəni təmsil edir. Komandanın çempionat matçlarında isə indiyədək 69 futbolçu fərqlənmişdi ki, Kazım bu siyahıya 70-ci kimi düşüb.
Qeyd edək ki, komandanın 76 nəfərlik qolçular siyahısına 44 qol vuran Zaur Ramazanov başçılıq edir.
