“Xəzər Lənkəran”ın skautu Mario Souza Mourinyo il görüşü haqqında klubun rəsmi saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə braziliyalı sabiq futbolçu fikirlərini belə ifadə edib:
“Əlbəttə, bu çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu. O “Portu”da Jozenin rəhbərliyi altında çıxış edib, və indi də onunla əla münasibətləri var. O ki qaldı mənimlə Derleyin münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq. Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq “Xəzər Lənkəran” haqqında geniş və tam təsəvvürə malikdir. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Mourinyo ilə görüş əsnasında da “Xəzər Lənkəran” haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim.
