"Xəzər Lənkəran"ın sabiq futbolçusu Mario Souza karyerasını bitirib. Korner.az-ın məlumatına görə, Azərbaycanda "İnter" və "Simurq"da da forma geyinmiş braziliyalı futbolçu bu qərarı yaşının çoxluğuna və əvvəlki formasında olmadığına görə verib.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi karyerasının ən yaxşı günlərini "Xəzər Lənkəran"da keçirdib.
