Dünən "Xəzər Lənkəran"la səfərdə qarşılaşan "Turan"ın qapıçısı Kamal Bayramov sabiq komandasının hesabı açdığı epizodda topu çıxarmaq istəyərkən ciddi zədə alıb.
Korner.az-ın məlumatına görə, Tovuz təmsilçisinin qapıçısının burnu dirəyinə çırpılıb. Həkim müayinəsindən sonra oyunu davam etdirən qapıçıya qarşılaşmadan sonra bir daha tibbi müqayinədən keçib və Bayramovun çənəsinə çat olduğu aşkarlanıb. Kamalın bu gün əməliyyat olunacağı bildirilir.