"Xəzər Lənkəran"ın sabiq forvardı, Kosta Rika yığma komandasının hücumçusu Rendel Brenes milli komandasında növbəti qolunu vurub.
Korner.az-ın məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Qayana millisi ilə qarşılaşan Kosta Rika yığma komandası 7:0 hesabı ilə qələbə qazanıb. Böyükhesablı qələbədə vaxtilə "Xəzər Lənkəran" klubunun şərəfini qorumuş Rendal Brenesdə iştirak edib və hücumçu iki qol vuraraq dubl edib.
