“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Denizli həyat yoldaşının qardaşı tərəfindən döyülüb.
Korner.az-ın məlumatına görə, bu xəbər Türkiyə mediasında yazılıb.
2010-cu ildən evli olduğu həyat yoldaşı Evin Elçin Denizlini tərk edərək ondan boşanmaq üçün 5 milyon türk lirəsi istəməsi və bunu ona verməcəyini dediyində qayınları tərəfindən saatlarca döyüldüyünü bildirərək məşhur mütəxəssis polis bölməsinə müraciət edib:
“Mən ölümcül döyüldüm. Heçbir günahım yoxkən vəhşicəsinə döyüldüm. Yaşadığım bu olaylardan sonra psixologiyam pozuldu. Aldığım zərbələrdən sonra keçirdiyim qorxunu anlada bilmək belə çətindi. Xahiş edirəm, Evin Elçin və qardaşları cəzalandırılsın”.
