"Xəzər Lənkəran"ın baş məşqçisi Karles Bakes istefaya göndərilib.
Korner.az–ın klubdan əldə etdiyi məlumata görə, ilk "altılıq" şanslarının 90 %-ni "Qəbələ"ylə oyunda itirən Cənub klubu ispan çalışdırıcını evində göndərməyi məqsədəuyğun hesab edib.
Boş qalmış posta yeni namizəd hələ ki, yoxdu. Yeni təyinata kimi Emin Quliyev və digər köməkçi məşqçilər komandanın başonda olacaq.