"Qalmaqalı onlar başladılar. Yəqin ki, videoya da baxmısız. İlk olaraq Güloğlan Cabbarov Kamran Abdullazadəni yumruqla vurdu. Bu videoda açıq-aş.kar görünür".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran"ın gənc futbolçusu Elnur Cəfərov deyib.
"Ağ-yaşıllar"ın tarixindən ən gənc gutbolçu kimi Premyer Liqada debüt edən oyunçu Stamenkoviçin Toşakı əsəbləşdirdiyini bildirərək, hakimin qapıçıyaxəbərrdarlı belə etməməsinin onlara daha çox təsir etdiyini bildirib:
"Güloğlan Cabbarov kişiliyə yaraşmayan hərəkət etdi. Özünüzdə gördünüz ki, qapıçı bütün bu dava-dalaşa yol açdı. O, Sialmasın üstüne topu atdı, ancaq hakimin fiti susdu. Toşak Stamenkoviçə düzgün hərəkət etmədiyini başa salanda, Saşa ona qarşı pis-pis şüarlar səsləndirdi. Bundan sonra isə dava başladı".