"İqor Mitreskinin fikirlərinə hörmətlə yanaşıram. Bu onun şəxsi fikirləridi".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyev deyib.
Klub rəsmisi "Neftçi"nin müdafiəçisi İqor Mitreskinin "Yaxın 5-10 ildə Neftçinin uğurunu təkrarlayan olmayacaq"- fikirlərinə belə münasibət bildirib:
"Heç kim deyə bilməz ki, "Neftçi" gələn il Çempionlar liqasında oynayacaq, ya yox. Bizim bütün klublar bu uğuru təkrarlaya bilər. Bunu indidən demək olmaz ki, hansısa klub qrupa düşəcək, ya yox. Bəlkə, "Xəzər Lənkəran" gələn il qrupa düşəcək".
Hacıyev bu gün baş tutacaq "Bakı" ilə oyuna bilet satışının sürətlə getdiyini bildirib.
