Con Toşak tərəfindən ötən ilin yanvarında “Xəzər Lənkəran”a gətirilən, ancaq Avroliqada Hayfa “Makkabi”sinə 0:8 hesablı yenilgidə günahkar bilinərək komandadan qovulan qapıçı Toni Doblasın yeni iş yeri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, 33 yaşlı ispaniyalı qolkiper İtaliya A Seriyasında mübarizə aparan "Napoli" ilə münasibətlərini rəsmiləşdirib.
Doblas mövsümün sonuna qədər Neapol təmsilçisinin uğurları üçün tər tökəcək.
