İspaniya La Liqasının son turunda “Saraqoza” “Atletiko”ya məğlub olaraq,sequndaya yuvarlanıb.
Korner.az-ın məlumatına görə, bu uğursuzluq “Xəzər Lənkəran”ın qapıçısı Toni Doiblası da narahat edib.
Belə ki, bu klubdan “ağ-yaşıllar”a gələn əlcək sahibi sabiq komandasının aşağı dəstəyə yuvarlanmasını faciəvi sayıb:
““Bu, Araqon futbolunun rüsvayçılığıdır! Onlar mövsüm boyu faciəvi gündə idi. Karyeramda ikinci dəfədir mövsümün gedişində oynadığım komanda sonda aşağı dəstəyə yuvarlanır. Sabiq komanda yoldaşlarım, dostlarım və pərəstişkarlarımız üçün çox üzülürəm. Səhvinizi düzəldin və yenidən Primeraya qayıdın”.