"Xəzər Lənkəran"ın qapıçısı Antonio Doblas “tvitter” sosial şəbəkəsindəki profilində dünənki oyunla bağlı fikirlərini açıqlayıb.
Korner.az–ın məlumatına görə, kubok matçında sondəqiqələrdə penaltidən buraxılan qolla məğlub olan Lənkəran təmsilçisinin ispaniyalı qapıçısı ölkəmizdə olduğu təxminən 3 ayda belə hallara öyrəşdiyini gizlətməyib: “Xəzər Lənkəran”ın buraxdığı qol çox şübhəli penaltidən vuruldu. Lakin burda belə şeylər normal haldır”.
