“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı yeni təkliflər alıb.
Korner.az-ın məlumatına görə, gənc qolkiper Premyer Liqanın iddialı klublarının maraq dairəsinə düşüb.
Orxanın yetirməsi olduğu klubla müqaviləsi başa çatır və onun yeni anlaşma imzalanıb-imzalanmayacağı bilinmir. Hazırda “Qarabağ”, “İnter” və “Bakı” kimi klublar Sadıqlının xidmətində maraqlıdı.
