Almaniyaya təlim-məşq toplanışına yollanan “Xəzər Lənkəran”ın planlarında dəyişiklik edilib.
Korner.az-ın məlumatına görə, dünən günorta saatlarında Miçbax şəhərciyində məskunlaşdığı “Bayerischer Hof” tərk edib. Buna səbəb isə həmin otelin meydançasının bərbad vəziyyətə düşməsidir.Bu üzdən “ağ-yaşıllar” axşam saatlarında İnqloştat yaxınlığındakı dörd ulduzlu “Marc Aurel” otelinə köçüb.