"Böyük oyun"a hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran"ın məşq etdiyi Dövlət Yol Polisi stadionu yalnız Cənub klubu üçün qapılarını açır.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, bu arenada yalnız "Xəzər Lənkəran"ın məşqinə icazə verilir və klub üçün hər məşqdə şirniyyat, meyvə stolu təşkil olunur. "Xəzər Lənkəran" bu arenada məşqə və açılan şirniyyat stoluna görə heç bir pul ödəmir. Stadionun rəhbərliyinin "ağ-yaşıllı" kluba olan sevgisi hardan qaynağlanır? Bax bu maraqlıdı.
Digər əldə etdiyimiz bir məlumata görə, paytaxtın "Bakı" və "İnter" klubları bu stadiondan istifadə etmək üçün arenanın rəhbərliyinə müraciət etsə də, qarşı tərəf bunu rədd edib.
