Bakı "İnter"inin daha bir fan klubu fəaliyyətə başlayır.
Korner.az-a verilən məlumata görə, Fuad Şirvanlının başçısı olduğu müstəqil tərəfdar qrupunun adı "04 Fans"dı.
Qrupun əsas prinsipi yaşca böyük "İnter" azarkeşlərini bir araya toplamaq və "bankirlər"ə həm daxili həmdə Avropa arenalarında dəstək olmaqdı.
Bundan əlavə qrupun əsas məqsədlərindən biri "Xəzər Lənkəran" və "İnter" fan klubları arasındakı dostluq əlaqələrinə son verməkdi.
Minimum yaş həddi 17-di.