Avroliqada ölkəmizi təmsil edən "Xəzər Lənkəran" "Slima" ilə oyundan sonra Maltanı tərk etməyib.
Korner.az-ın məlumatına görə, "ağ-yaşıllar" yerli çempion “Birkirkara” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Sözügedən qarşılaşmanın başlanma saatı açıqlanıb.
Belə ki, baş məşqçi Pol Zammit “Xəzər Lənkəran”la yoxlama oyunu keçirməyə artıq razılıq verib. Ancaq oyunun iyulun 7-də yox, 6-da baş tutacağı açıqlanıb. Matç “Sirens” stadionunda yerli vaxtla saat 19:00-da – Bakı vaxtilə saat 22:00-da başlayacaq.
