“Xəzər Lənkəran”ın qapıçılar üzrə məşqçisi Vidadi Hüseynov növbəti həftə “Qalatasaray” futbol klubunun düşərgəsinə yollanacaq.
Korner.az-ın məlumatına görə, məşqçi təcrübə toplamaq məqsədilə “Galatasaray”lı həmkarı Klaudio Taffarellə birlikdə bir həftə ərzində məşqlərə qatılacaq.
