“Xəzər Lənkəran”ın məşqçisi Aleksis Plaza sosial şəbəkələrin birində “Bavariya”nın “Nou Kamp”da “Barselona”ya 3 cavabsız qola qalib gəlməsini alçaldılmaq kimi qələmə verib.
Korner.az-ın məlumatına görə, bir vaxtlar Kataloniya təmsilçisinin prezidentliyinə namizəd olan mütəxəssis sabiq komandasının 2 oyunun 7 cavabsız qolla məğlub olmasına inana bilmir:
“Alçaldırlar, əzirlər, mövsümün sonunda lap gülünc vəziyyətə düşürük. Uçuruma yuvarlanan kimdir: “Real”dır, ya “Barselona”?. Eh!”.
Qeyd edək ki, Plaza “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın köməkçilərindəndir.
