"Xəzər Lənkəran"ın futbolçusu Zohair Benuahi Azərbaycan vətəndaşlığı almaq istəyir.
Korner.az-ın məlumatına görə, mərakeşli yarımmüdafiəçi bu barədə vətənindən olan jurnalistlərə açıqlama verib.
Onun bu addımı atmasına Mərakeş yığmasının baş məşqçisi Rəşid Taussinin münasibəti olub. Belə ki, Benuahi əvvəlcə Mərakeş Krallığı Futbol Federasiyasına müvafiq sənədləri ünvanlayıb. Yığmanın baş məşqçisi oyunçunun səviyyəsindən razılığını bildirsə də, komandaya çağırmaqdan imtina edib. Səbəb, Benuahinin Avropa Liqası çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı oyun keçirməsi olub.
Benuahi bildirib ki, bu oyunda iştirak etməsəydi, klub onunla müqaviləni poza bilərdi. O, həmçinin, Taussini qeyri-peşəkarlığına görə, tənqid edib. Cavab özünü çox gözlətməyib və Taussi bildirib açıqlama verib: "Hər kim ki, İsraildə oynadı, mənim milli komandaya rəhbərlik etdiyim ərəfədə, burada oynamaq haqda heç arzu da etməsin".
Qeyd edək ki, Benauhi, bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlığı alıb millimizin şərəfini qorumağa ümid edir.
