Transfer pəncərəsinin son günlərində "Xəzər Lənkəran"dan ayrılan Mbilla Etamenin "Samsunspor"a keçib.
Korner.az-ın məlumatına görə, kamerunlu futbolçu bu gün günorta saatlarında Samsuna yollanıb.
"Samsunspor" yeni transferləri – Mbilla Etame, Mustafa Sevgi və Talha Mayhoşu mətbuata təqdim edib. Təqdimat mərasimində çıxış edən prezident Emin Kar bunları deyib:
"Bu futbolçuların istedadına və səviyyəsinə şübhəmiz yoxdu. Onların komandanın gücünə güc qatacağına inanırıq".
