"Xəzər Lənkəran"ın transfer siyahısında olan, lakin bilinməyən səbəblərdən "ağ-yaşıllar"a keçidi baş tutmayan Jeradr Qohu Rusiyanın "Krasnodar" klubu ilə anlaşıb.
Korner.az-ın məlumatına görə, "Kayseri Erciyesspor"un heyətində Türkiyə PTT birinci Liqasının 19 qolla bombardiri olan 24 yaşlı kotd"iuvarlı hücumçu Rusiya klubuna azad agent statusu ilə keçib.
Qeyd edək ki, Qohu Erciyes təmsilçisinin heyətində 31 oyuna çıxıb.
