Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununu keçirib. Korner.az xəbər verir ki, Lənkəran klubunun üçüncü sparrinq-rəqibi Rumıniya təmsilçisi “Vaslui” ilə qarşılaşıb.
Rumınlar ilk hissədə hesabı açsalar da, Manuel Skarlatake ikinci yarıda status-kvonu təmin edib. Bu, oyunda vurulan sonuncu qol olub və görüş 1:1 hesabı ilə bitib.
Bu, Lənkəran təmsilçisinin Avstriya toplanışında ilk heç-heçəsidi. Bunadək Almaniyanın “Starnberq” klubunu 6:0 hesabı ilə yenən "Xəzər Lənkəran" Ukrayna “Dinamo”suna 0:2 hesabı ilə uduzmuşdu.