"Xəzər Lənkəran"ın hücujçusu Rendel Brenes Kosta Rika yığmasına çağırılıb. Korner.az-ın məlumatına görə, "ağ yaşıllar"ın futbolçusu yığmasının qarşıdakı toplanışında Azərbaycan Premyer Liqası da təmsil olunacaq.
Lakin bu ölkənin daha bir futbolçusu "Bakı"nın forvardı Uinston Parks Kosta-Rika millisinin baş məşqçisinə lazım olmayıb. Son vaxtlar zədədən əziyyət çəkən təcrübəli forvard məhz bu səbəbdən yığma komandadan uzaq düşüb.
Rendal Brenesi qarşıdakı təlim-məşq toplanışında Qvatemala ilə yoxlama oyunu da gözləyir. Bu qarşılaşma mayın 25-də keçiriləcək.