Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "İnter" matçında birincilərin heyətində üç futbolçu debütə hazırlaşır ki, bunlardan ikisi legiopner digər biri isə yerli futbolçudu.
Korner.az-ın məlumatına görə, Karles Bakesin meydana buraxdığı ilk "onbirlik"də Alvaro Silva, Toni Doblas və Elnur Cəfərov da var ki, hər üç futbolçu "ağ-yaşıllar"ın heyətində ilk rəsmi matçına çıxır.
Xüsusilə son futbolçu, Elnur Cəfərovu qeyd etmək olar ki, bu futbolçu 1997-ci il təvəllüdlüdü və Cənub klubunun əsas heyətində ilk matçına çıxır.
