"Xəzər Lənkəran"ın aparıcı futbolçularından biri Dimitrios Sialmas zədəsini sağaltmaq üzrədi.
Bu barədə Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klbunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev məlumat verib.
"Ağ-yaşıllar"ın rəsmisi Sialmasın "Simurq"la oyunda meydana çıxıb-çıxmayacağı dəqiq bilinməsə də, 17-ci turda prinsipial və əzəli rəqib "Neftçi" ilə baş tutacaq "Böyük oyun"da komandaya kömək edə biləcəyi gözlənilir.
