Dünən Zaqatalanın “Simurq” klubundan “Xəzər Lənkəran”a transfer olunan Rasim Ramaldanov üçün bu gün əlamətdar gündü.
Korner.az-ın məlumatına görə, milli komandamızın da şərəfini qoruyan 27 yaşlı müdafiəçi subaylığın daşını atır.
Ramaldanov bu gün Bakıdakı restoranların birində özünə toy edəcək.
Qeyd edək ki, Rasim ötən gün “Xəzər Lənkəran”la iki illik müqavilə imzalamışdı.